...

Misir Mərdanov: "Mülki müdafiə fənləri üzrə tədrisdə ciddi problemlər mövcuddur"

Siyasət Materials 30 İyun 2006 16:08 (UTC +04:00)
Misir Mərdanov: "Mülki müdafiə fənləri üzrə tədrisdə ciddi problemlər mövcuddur"

"Təhsil ocaqlarında mülki müdafiə fənləri üzrə tədrisdə ciddi problemlər mövcuddur. Trend xəbər verir ki, bu barədə iyunun 30-da FHN ilə TN arasında "Birgə fəaliyyət proqramı"nın imzalanma mərasimində Azərbaycanın təhsil naziri Misir Mərdanov məlumat verib.

Təhsil naziri qeyd edib ki, orta məktəblərdə mülki müdafiə fənnini tədris edən müəllimlər üçün hökmən təkmilləşdirmə kursları təşkil olunmalıdır. Bu proqramın qəbul edilməsi dövlətin həyata keçirdiyi təhsil siyasətini əks etdirməklə yanaşı şagird və tələbələrdə həm özünün, həm də onun ətrafındakıların həyat fəaliyyətinin təhlükəsizliyini qorumaq məqsədi daşıyır.

"Ətraf mühitdə fövqəladə halların və təhlükəsiliyin idarə olunması üzrə müxtəlif səviyyələrdə olan kadrların, mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsi ilə əlaqədər müasir sistemə keçməsinin vaxtı çatıb. Bu sahədə dünya təcrübəsindən mütləq istifadə etmək lazımdır" - deyə təhsil naziri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti