...

Bələdiyyə seçkilərində hərbi hissə və cəzaçəkmə müəssisələrində seçki məntəqələri yaradılacaq

Siyasət Materials 1 İyul 2006 14:33 (UTC +04:00)

Bələdiyyə seçkiləri ilə əlaqədar bəzi hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində seçki məntəqələri yaradılacaq. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov məlumat verib.

O bildirib ki, bələdiyyə seçkiləri keçirilən dairələrin ərazisində hərbi hissələr və cəzaçəkmə müəssisələri var. Hərbi xidmətdə və cəzaçəkmə müəssisəsində olan aktiv seçki hüququna malik vətəndaşların da səsvermədə iştirakını təmin etmək məqsədilə həmin yerlərdə məntəqələr yaradılacaq.

Qeyd edək ki, oktyabrın 6-da 604 bələdiyyəyə təkrar, yeni, ilk seçkilər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti