...

Azərbaycan XİN başçısının Almaniyaya səfər proqramı açıqlanıb

Siyasət Materials 3 İyul 2006 13:12 (UTC +04:00)

İyulun 4-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov alman həmkarı Frank-Valter Ştaynmayerin dəvəti ilə Almaniyaya rəsmi səfər edəcək. Bu barədə Trend ə Azərbaycan XİN-dən məlumat verilib.

Səfər proqramında E.Məmmədyarovun F.V.Ştaynmayer, Bundestaqın sədri Norbert Lammert, federal kanslerin müşaviri Kristof Hoysgen, o cümlədən müdafiə və inkişaf nazirləri Kristian Şmidt və Karin Kortman ilə görüşləri nəzərdə tutulub. Nazir Fridrix Ebert Fondunda da görüş keçirəcək.

Səfərdə məqsəd Avropa Qonşuluq və NATO-nun "Sülh naminə" proqramları çərçivəsində Azərbaycanın Almaniya, o cümlədən Avropa və Avroatlantik qurumlarla qarşılıqlı əlaqələrinin mövcud səviyyəsinin müzakirəsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti