...

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə sülh dialoquna gedən yolun yarısında bəyanat vermək düzgün deyil

Siyasət Materials 3 İyul 2006 14:02 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə sülh dialoquna gedən yolun yarısında bəyanat vermək düzgün deyil

Hər hansı "çərçivə sazişi" barədə danışmazdan əvvəl konkret razılaşdırılmış sənədin mövcudluğu zəruridir. Lakin bu cür sənəd yoxdur. Trend in verdiyi xəbərə görə, bu barədə iyulun 2-də Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Minsk qrupu üzrə yeni amerikalı həmsədri Metyu Brayzanın son bəyanatlarını şərh edərkən, jurnalistlərə verdiyi müsahibəsində bildirib.

"Sülh dialoquna gedən yolun yarısında bəyanat vermək düzgün deyil, çünki nəticədə müəyyən anlaşılmazlıqlar yaranır. Göründüyü kimi, əks tərəf bu mülahizələrdən istifadə etməyə çalışıb", - deyə A.Əzimov qeyd edib və vurğulayıb ki, əgər Yerevan respublikanın işğal olunmuş ərazilərini azad edərsə, qaçqın və məcburi köçkünlər öz evlərinə qayıdarlarsa, yalnız o zaman Azərbaycan Ermənistanla "normal" münasibətlər qurmağa hazır olacaq. "Məhz bu şərtlər Praqa prosesi çərçivəsində Azərbaycan mövqeyinin "çərçivələrini" əks etdirir. Azərbaycan heç bir digər "çərçivələri" qəbul etməyəcək", - deyə A.Əzimov qeyd edib.

Bununla yanaşı, Azərbaycanın XİN başçısının müavini əks tərəfi "ekstremal mövqedən əl çəkməyə çağırıb, çünki heç kim arzuladığının 100%-ni əldə edə bilmir". "Biz artıq dəfələrlə Yerevandan birtərəfli spekulyasiyalar eşitmişik. Lakin bunda heç bir yenilik yoxdur", - deyə A.Əzimov qeyd edib.

Xəbər lenti

Xəbər lenti