...

MDB dövlətləri terrorla mübarizə sahəsində əməkdaşlığı genişləndirəcəklər

Siyasət Materials 4 İyul 2006 17:01 (UTC +04:00)

MDB dövlətləri terrorla mübarizə sahəsində əməkdaşlığı genişləndirəcək və bu məqsədlə cinayət gəlirlərinin leqallaşdırılmasına və terrorun maliyyələşdirilməsinə əks-təsir haqqında Müqavilə imzalayacaqlar. MDB-nin İcra Komitəsindən Trend ə verilən xəbərə görə, sənədin layihəsi terrorla mübarizə sahəsində əməkdaşlıq və daxili işlər orqanları üçün kadr hazırlığı üzrə sənəd layihələrinin tamamlanması və razılaşdırılması üzrə ekspert qrupunun iyulun 5-7-də Minskdə keçiriləcək iclasında razılaşdırılacaq.

İclas iştirakçıları həmçinin Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin daxili qoşunları və daxili işlər orqanları (polis) üçün kadr hazırlığı haqqında Sazişin və Terrora, narkotik maddələrin, psixotrop vasitələrin qanunsuz dövriyyəsinə və digər cinayət növlərinə müqavimət sahəsində MDB-nin iştirakçı dövlətlərinin normativ aktlarının Vahid məlumat bazasının yaradılması haqqında Sazişin layihələrini də nəzərdən keçirəcəklər. İclasda Azərbaycanın XİN və DİN ekspertləri də iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti