...

Ukraynanın xarici işlər naziri: GUAM-ın nizamnaməsi 2006-cı ilin payızında Ukrayna parlamentinin təsdiqinə veriləcək

Siyasət Materials 6 İyul 2006 15:24 (UTC +04:00)
Ukraynanın xarici işlər naziri: GUAM-ın nizamnaməsi 2006-cı ilin payızında Ukrayna parlamentinin təsdiqinə  veriləcək

GUAM-ın nizamnaməsi 2006-cı ilin payızında Ukrayna parlamentinin təsdiqinə veriləcək. Bu barədə Trend in xüsusi müxbirinə Ukraynanın xarici işlər naziri Boris Tarasyuk eksklüziv olaraq bildirib.

"Ehtimal etmək olar ki, katibliyi Kiyevin mərkəzində yerləşdiriləcək təşkilat artıq payızda fəaliyyətə başlayacaq"- deyə B.Tarasyuk qeyd edib.

Nazir həmçinin vurğulayıb ki, Ali Radada Demokratik Quvvələr Koalisiyasının yararadılması haqqında sazişdə GUAM-ın 2006-cı il ərzində regional beynəlxalq təşkilata çevrilməsi nəzərdə tutulub.

2006-cı ilin iyunun 22-də parlamentdə Demokratik Qüvvələr Koalisiyasının yaradılması haqqında saziş imzalanıb. Koalisiyanın tərkibinə Ali Radanın deputatlarının əksəriyyəti daxildir. Koalisiyanın subyektləri Yuliya Timoşenkonun frakasiyası, "Bizim Ukrayna" və Sosialist Partiyasıdır.

GUAM liderləri 2006-cı il mayın 23-də Kiyevdə GUAM- Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın yaradılması haqqında bəyannamə imzalayıb.

Xəbər lenti

Xəbər lenti