...

Qoran Lenmarker ATƏT PA-nın prezidenti seçilib

Siyasət Materials 7 İyul 2006 19:02 (UTC +04:00)
Qoran Lenmarker ATƏT PA-nın prezidenti seçilib

Mühafizəkar fraksiyanın üzvü, PA-nın Siyasi Komitəsinin sədri, isveçli Qoran Lenmarker ATƏT PA-nın prezidenti vəzifəsinə namizəd olan 5 nəfər arasında qalib gəlib.

Trend agentliyinin məlumatına əsasən, isveçli diplomat Q. Lenmarker 2002-ci ilin iyulunda ATƏT PA-nın Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi təyin olunub Q. Lenmarker regiona son səfərini 2006-cı ilin mayında həyata keçirib. Milli Məclisin spikeri Oqtay Əsədovla söhbət zamanı Q.Lenmarker bəyan edib ki, Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin gedişi nikbinliyə əsas verir. Q. Lenmarker Dağlıq Qarabağ üzrə "Qiymətsiz imkan - Dağlıq Qarabağ münaqişəsilə bağlı bəzi mülahizələr" adlı son məruzəsini 2005-ci il iyulun 1-də ATƏT PA-nın Vaşinqtondakı plenar sessiyasında açıqlanıb. 2004-cü il iyunun əvvəlində Q. Lenmarker həmçinin Ermənistan və Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağa da baş çəkib.

Xəbər lenti

Xəbər lenti