...

Azərbaycan XİN başçısı Türkiyəyə səfər edəcək

Siyasət Materials 8 İyul 2006 14:24 (UTC +04:00)
Azərbaycan XİN başçısı Türkiyəyə səfər edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 10-13-də Türkiyəyə səfər edəcək. Bu barədə Trend ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.

Səfər işgüzar xarakter daşısa da, nazir Ankarada olduğu müddətdə Türkiyə rəhbərliyi ilə görüşlər keçirməyi və ikitərəfli, regional, o cümlədən beynəlxalq məsələləri müzakirə etməyi planlaşdırır. İyulun 12-13-də Azərbaycan xarici siyasət idarəsinin başçısı Bakı-Tiflis-Ceyhan neft kəmərinin istismara verilməsi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək niyyətindədir.

Qeyd edək ki, iyulun 8-də E.Məmmədyarovun Almaniyaya üçgünlük rəsmi səfəri başa çatıb və nazir Bakıya qayıtmayaraq birbaşa Türkiyəyə yola düşəcək.

Xəbər lenti

Xəbər lenti