...

VİP-in Siyasi Şurasında partiyanın təşkilatlanması ilə bağlı proqram qəbul olunacaq

Siyasət Materials 11 İyul 2006 13:24 (UTC +04:00)

Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının iyulun 13-də keçiriləcək iclasında partiyanın təşkilatlanması ilə bağlı proqram qəbul olunacaq. Bu barədə Trend ə VİP sədri Əli Əliyev bildirib.

Ə.Əliyev qeyd edib ki, Siyasi Şuranın iclasında müzakirə olunacaq əsas məsələ 2008-ci ilə qədər partiyanın təşkilatlanması olacaq. Partiya sədri vurğulayıb ki, qurultaydan sonra partiyanın təşkilatlanması məsələsi qarşıda düran başlıca vəzifələrdən biridir: "Siyasi Şuranın iclasında rayon təşkilatlarında konfransların keçirilməsi məsələsi də müzakirə olunacaq. Bəzi rayonlarda yeni təşkilatların yaradılması planlaşdırılıb".

VİP sədri eyni zamanda partiyanın qeydiyyata alınması məqsədilə Ədliyyə Nazirliyinə edilən müraciətə hələ də cavab verilmədiyini bildirib.

Xəbər lenti

Xəbər lenti