...

VHP-də hərbi hissələr üçün kitabların toplanmasına başlanılıb

Siyasət Materials 12 İyul 2006 13:06 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının təşəbbüsü ilə hərbi hissələr üçün kitab toplanması kampaniyası artıq nəticəsini verib. Bu barədə Trend ə VHP-dən məlumat verilib.

Partiyadan bildirilib ki, kampaniyaya qoşulan bir sıra yazarlar artıq öz kitablarını təşkilatçılara təqdim ediblər. Toplanan əsərlər arasında yazıçı Anar, şairlər Bəxtiyar Vahabzadə, Qabil və başqa tanınmış yazarların, həmçinin gənc yazıçıların kitabları var. Qeyd edək ki, VHP hərbi hissələrdə kitabxanalar yaradılması məqsədilə kitabtoplama kampaniyasına başlayıb və bununla bağlı həm KİV-lərə, həm də Yazıçılar Birliyinə müraciət edib. Yazıçılar Birliyinin üzvləri artıq kitablarını təqdim etməyə başlayıblar.

Partiyadan bildirilib ki, müəyyən miqdarda kitab toplandıqdan sonra hərbi hissələrə təqdim olunacaq və sonra bu kampaniya yenidən davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti