...

Azərbaycan prezidenti Türkiyədə bir sıra ikitərəfli görüşlər keçirəcək

Siyasət Materials 12 İyul 2006 13:47 (UTC +04:00)
Azərbaycan prezidenti Türkiyədə bir sıra ikitərəfli görüşlər keçirəcək

Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfəri çərçivəsində BTC neft kəmərinin istismara verilməsi mərasimində iştirak üçün bu ölkəyə gəlmiş digər dövlətlərin hökumət nümayəndə heyətlərinin başçıları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək. Bu barədə Trend ə Azərbaycanın İstanbuldakı baş konsulu İbrahim Nəbioğlu məlumat verib.

Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 12.00-da İstanbulun Sarıyer adlı ərazisində İlham Əliyev və nümayəndə heyəti üzvlərinin iştirakı ilə keçmiş prezident Heydər Əliyevin abidəsinin, park və prospektinin açılışı olacaq. Mərasimə Türkiyə parlamentinin deputatları, ölkənin görkəmli ictimai xadimləri, İstanbul administrasiyasının başçısı dəvət olunub. Mərasimdə İlham Əliyev nitqlə çıxış edəcək.

Saat 14.00-da "Qrand Cəvahir" otelində Azərbaycan prezidentinə "İlin siyasət adamı" nominasiyası üzrə "Ekovitrin" jurnalının mükafatının təqdimetmə mərasimi keçiriləcək.

Günün 2-ci yarısında prezidentin rəsmi görüşləri başlayacaq. İ.Əliyev BTC neft kəmərinin istismara verilməsi mərasimində iştirak üçün ölkəyə gəlmiş xarici dövlətlərin nümayəndə heyətləri başçıları ilə bir sıra ikitərəfli görüşlər keçirməyi planlaşdırır.

Görüşlər başa çatan kimi, dövlət başçısı neft kəmərinin işə salınması münasibətilə "Çıraqan" otelində təşkil olunmuş təntənəli qəbulda iştirak edəcək. Sabah prezident təntənəli mərasimdə iştirak etmək üçün Adanaya, oradan isə Ceyhana yola düşəcək", - deyə baş konsul bildirib.

Xəbər lenti

Xəbər lenti