...

Rasim Balayev: "Rasim Ocaqovun hər zaman yeri görünəcək"

Siyasət Materials 12 İyul 2006 14:55 (UTC +04:00)
Rasim Balayev: "Rasim Ocaqovun  hər zaman yeri görünəcək"

"Biz Rasim Ocaqovun yoxluğunu artıq hiss edirik və vaxt ötdükcə daha çox hiss edəcyik, çünki o, Azərbaycan kinosunun ən parlaq simalarından biri idi, kinomuzun imicini, nüfuzunu yüksəldən şəxsiyyətlərdən biri idi". Bu fikirləri "Trendə" açıqlamasında xalq artisti Rasim Balayev bildirib. O, görkəmli kinorejissor Rasim Ocaqovun dünyasını dəyişməsi ilə bağlı fikirlərini bölüşərkən qeyd edib ki, sənət yoldaşı ilə yanaşı, həm də yaxın bir dostunu itirib.

R.Balayevin sözlərinə görə, R.Ocaqov özünəməxsus dəsti-xətti olan, bənzərsiz rejissor olub, bu əlamətlər onun əsərlərində də özünü göstərir. "Amma təsəllimiz odur ki, R.Ocaqov yaxşı yaşadı və biri-birindən gözəl əsərlər yaratdı, gözəl sənət qoyub getdi. Gənc nəsil, kinorejissorlar, incəsənət adamları, aktyorlar hər zaman onun əsərlərindən bəhrələnəcəklər. R.Ocqovun hər zaman yeri görünəcək".

Xəbər lenti

Xəbər lenti