...

İqtisadi inkişaf naziri: Barmek ilə bağlı proses Azərbaycana investisiyaların cəlb olunmasına təsir göstərməyəcək

Siyasət Materials 12 İyul 2006 15:10 (UTC +04:00)
İqtisadi inkişaf naziri: Barmek ilə bağlı proses Azərbaycana investisiyaların cəlb olunmasına təsir göstərməyəcək

"Düzgün fəaliyyət göstərməyən, çox ehtimal ki, heç investor da olmayan və Azərbaycanda hərəkətləri ifşa edilən şirkətin fəaliyyətinin dayandırılması ölkəyə investisiyaların cəlb olunmasına təsir göstərə bilməz" - deyə iqtisadi inkişaf naziri Heydər Babayev Trend ə müsahibəsində bildirib.

Şirkətin fəaliyyəti haqqında məlumat toplanması işlərinin başa çatdırılmasından sonra məhkəməyə veriləcək. "Biz şirkət kimi hərəkət etmək istəmirik. Biz sakit işləyəcəyik ki, komissiya bütün lazımi məlumatları əldə edə bilsin. Bu məsələ məhkəmə orqanlarında həll olunacaq" - deyə nazir vurğulayıb.

İyulun 11-də İqtisad Məhkəməsində İqtisadi İnkişaf Nazirliyinin iddiası əsasında Barmek şirkətinə qarşı qəbul edilmiş qərarla bağlı şikayətə baxılıb və şikayət rədd olunub. Nazirliyin qərarı əsasında məhkəmə şirkətin əmlak və pul vəsaitlərinə həbs qoyub.

Xəbər lenti

Xəbər lenti