...

Mübariz Qurbanlı: "YAP təkrar bələdiyyə seçkilərinə aktiv hazırlaşır"

Siyasət Materials 13 İyul 2006 13:09 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) oktyabrın 6-da bələdiyyələrə boş qalan yerlərə keçiriləcək təkrar seçkilərə aktiv hazırlaşıb. Bu barədə Trend ə YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

YAP rəsmisi qeyd edib ki, seçkilərin keçiriləcəyi bütün mənətqələr üzrə namizədlər müəyyənləşdirilib: "Seçkilərdə iştirakla bağlı partiyanın yerli təşkilatlarına müvafiq təlimatlar verilib. Partiya namizədlikləri qeydə alınan şəxslərin seçki təbliğatı prosesinə də hazırlaşır".

M.Qurbanlı onu da vurğulayıb ki, əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də proses ədalətli və şəffaf keçiriləcək.

Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib ki, təkrar bələdiyyə seçkilərində iştirak etmək üçün YAP tərəfindən 685 şəxs namizədliyini irəli sürüb. Onlardan yalnız 73-ü qeydə alınıb. Xatırladaq ki, qeydəalınma prosesi iyulun 27-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti