...

Bələdiyyə seçkiləri ilə bağlı 292 nəfərin namizədliyi qeydə alınıb

Siyasət Materials 13 İyul 2006 19:41 (UTC +04:00)

Bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 1990 nəfərə çatıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Həmin şəxslərdən 1921 nəfəri imza vərəqi götürüblər. Seçki sənədlərini təqdim edənlərin sayı isə 545 nəfərdir.

292 nəfərin namizədliyi artıq qeydə alınıb. Seçki marafonuna qoşulanlardan 143 nəfəri bitərəf, 140-ı Yeni Azərbaycan Partiyasının, 4-ü AXCP-nin, 2-si Sosial Rifah Partiyasının üzvüdür. Qalan partiyaların hər birindən hələlik 1 nəfər namizədliyi verib.

Qeyd edək ki. bu il oktyabrın 6-da 604 bələdiyyə üzrə təkrar, əlavə, yeni və ilk seçkilər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti