...

Xarici İşlər Nazirliyinə Livandakı Azərbaycan vətəndaşlarının vəziyyətini öyrənmək tapşırılıb

Siyasət Materials 17 İyul 2006 20:27 (UTC +04:00)

Azərbaycanın Livandakı Fəxri Konsulluğana ölkədəki həmvətənlərin vəziyyətini öyrənmək tapşırılıb. Bu barədə, Trend agentliyinin "LİDER" telekanalına istinadən yaydığı məlumata əsasən, xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Onun sözlərinə görə, Livan-İsrail hərbi əməliyyatları ilə əlaqədar Fəxri Konsulluğa Azərbaycan vətəndaşları haqqında məlumat toplamaq taprşırılıb.

E.Məmədyarov bildirib ki, İslam Konfransı Təşkilatının baş katibi Əkmələddin İhsanoğlu BMT baş katibi Kofi Annana məktubla müraciət etmək niyyətindədir. Bu məktubda qeyd olunub ki, yaranmış vəziyyət çox ağırdır və bütün yollarla gərginliyi aradan qaldırmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti