...

Elmar Məmmədyarov: "AB-nin Avropa Yeni Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planını razılaşdırılmış hesab etmək olar"

Siyasət Materials 18 İyul 2006 11:40 (UTC +04:00)

Avropa Birliyinin Avropa Yeni Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planını razılaşdırılmış hesab etmək olar. Azərbaycan XİN mətbuat mərkəzindən Trend ə verilən məlumata görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarovun Avropa Komissiyasının Xarici Əlaqələr üzrə Baş Direktorluğunun Baş Direktor müavini Fokion Fotiadis ilə görüşündə bəyan edilib.

F.Fokiadis Azərbaycanın Avropa Birliyinə inteqrasiya siyasətini yüksək qiymətləndirib və əldə edilmiş nailiyyətlərin hər iki tərəfin maraqlarına xidmət etdiyini qeyd edib. Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, danışıqların gedişi müzakirə olunub.

E.Məmmədayrov Azərbaycanın Avropa məkanına inteqrasiya məsələsinin ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. O, münaqişənin həlli istiqamətində Avropa Birliyinin səylərinin fəallaşdırmasının əhəmiyyətini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti