...

Mixail Saakaşvili qardaş Azərbaycan xalqının Gürcüstana göstərdiyi köməyi unutmamağa söz verir

Siyasət Materials 21 İyul 2006 13:27 (UTC +04:00)
Mixail Saakaşvili qardaş Azərbaycan xalqının Gürcüstana göstərdiyi köməyi unutmamağa söz verir

Gürcüstan prezidenti Mixail Saakaşvili qardaş Azərbaycan xalqının və onun lideri İlham Əliyevin Gürcüstana göstərdiyi köməyi unutmamağa söz verir. Bu barədə Trend in Tiflisdəki xüsusi müxbiri xəbər verir.

M.Saakaşvili "Rustavi-2" teleşirkətinə müsahibəsində bəyan edib ki, Rusiya tərəfindən Gürcüstana qazın verilməsinin dayanlırılması nəticəsində yaranmış qış böhranı zamanı "qardaşımız İlham Əliyev mənfi 13-15 dərəcə temperaturda problemimizi həll etməyə imkan verib". "Belə yaxşılıqlar unudulmur", - deyə o bəyan edib.

Məhz belə böhranlı vəziyyətlərlə əlaqədar hökumət alternativ enerji mənbələrinin axtarışı istiqamətində fəal işə başlayıb. "Alternativ təbii qaz mənbələri olmadan Gürcüstanın perspektivləri yoxdur", - deyə o bəyan edib. Prezident onu da qeyd edib ki, 1 oktyabr 2006-cı il tarixindən müstəqil Gürcüstanda ilk dəfə olaraq Azərbaycanın yeni fasiləsiz təbii qaz mənbəyi yaranacaq. Saakaşvilinin sözlərinə görə, bu barədə razılaşma bir həftə əvvəl BTC neft kəmərinin açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri ilə görüşdə əldə olunub.

"Biz azərbaycanlı və türk qardaşlarımıza demişik ki, Gürcüstan indiki şərtlərlə "Şahdəniz"dən qaz nəqlinə dair köhnə müqavilə ilə razılaşa bilməyəcək", - deyə Saakaşvili bildirib. O əlavə edib ki, biz müqavilənin dəyişidirilməsi mümkün olan bütün bəndlərini təkrar nəzərdən keçirmişik. Çünki Gürcüstan qazın nəqlindən "praktiki olaraq heç nə əldə etməyib".

Xəbər lenti

Xəbər lenti