...

Cahandar Bayoğlu: "İran prezidentinin Təbrizə səfərindən sonra gərginlik daha da artıb"

Siyasət Materials 21 İyul 2006 13:57 (UTC +04:00)

İran prezidenti Mahmud Əhmədi Necadın bu yaxınlarda Təbrizə səfərindən sonra gərginlik daha da artıb. Bu barədə Trend ə Güney Azərbaycan Milli Hərəkat Müdafiə Komitəsinin sədri Cahandar Bayoğlu prezidentin Təbrizə səfərindən sonra hadisələrə münasibət bildirərəkən qeyd edib.

C.Bayoğlu bildirib ki, prezidentin Təbrizə səfərindən sonra həbs olunan milli hərəkatçıların azad olunmasından daha çox həbs edilməsi prosesi gücləndirilib: "Həbs olunan soydaşlarımızın vəkilləri onların azadlığa çıxmaları üçün mübarizələrini davam etdirirlər. Aldığımız son məlumatlara görə Təbrizdə keçirilən mitinqlərdə lentə alınan görüntülərə İranın xüsusi kəşfiyyat orqanları tərəfindən yenidən baxılır. Həbs olunmayan mitinq iştirakçılarının ünvanları müəyyənləşdirilir və İran polisi onları yaşadıqları evlərdən gəlib aparır".

C.Bayoğlu onu da əlavə edib ki, İranda vəziyyət ağır olaraq qalır. Baxmayaraq ki, mitinqlər keçirilmir, ancaq həbs olunan soydaşlarımızın azadlığa çıxmaları üçün milli hərəkatçılar yenidən mübarizəyə başlayıblar.

Xəbər lenti

Xəbər lenti