...

İranın səfiri: İranın Hizbullah hərəkatına hərbi dəstək göstərməsi ilə bağlı ittihamlar uydurmadır

Siyasət Materials 21 İyul 2006 15:38 (UTC +04:00)

İranın Hizbullah hərəkatına hərbi dəstək göstərməsi ilə bağlı ittihamlar uydurmadır. Trend in xəbər verdiyi kimi, bu barədə iyulun 21-də jurnalistlərə İranın Azərbaycandakı səfiri Əfşar Süleymani bildirib.

"İran hər zaman bəyan edib ki, biz Fələstin xalqına və "Hizbullah"a siyasi-mənəvi dəstək göstəririk. Biz həqiqət tərəfdarıyıq", - deyə diplomat vurğulayıb və əlavə edib ki, "biz ora nə silah, nə də ekspertlər göndərmirik".

Ə.Süleymaninin sözlərinə görə, belə ittihamlar güya Fələstin xalqını və "Hizbullah"ı heç bir ölkə və ya xalqın deyil, təkcə İranın dəstəkləməsi barədə təsəvvür yaratmaq məqsədi güdür.

Xəbər lenti

Xəbər lenti