...

Ümid Partiyası Rəyasət Heyətinin iclası keçirilib

Siyasət Materials 24 İyul 2006 16:08 (UTC +04:00)

İyulun 24-də Ümid Partiyasının Rəyasət Heyətinin iclası keçirilib. Bu barədə Trend ə Ümid Partiyasından məlumat verilib.

Toplantıda ölkədəki icğtimai-siyasi vəziyyət, bələdiyyə seçkiləri və təşkilatlanma məsələləri müzakirə olunub. bələdiyyə seçkilərində qeydə alınan namizədlərin təbliğat-təşviqat işinin qurulması üçün təbliğat metodları müəyyənləşdirilib. Qərara alınıb ki, namizədliyi qeydə alınan bütün partiya üzvlərinin təbliğatının qurulmasında Daimi Seçki Qərargahı və partiyanın digər orqanları yaxından iştirak etsin.

Toplantıda qeyd olunub ki, partiyanın rayon şöbələrinin konfransları uğurla davam edir, bu həftə ərzində Ağstafa, Quba və Xaçmaz rayon şöbələrində konfransların keçirilmə vaxtı müəyyənləşib. Partiya sədri Kürdəmir rayon şöbəsinin fəaliyyətinə törədilən maneələrlə maraqlanacağını bildirib.

Xəbər lenti

Xəbər lenti