...

AKP Mərkəzi Komitəsinin avqustda keçiriləcək iclasında qurultaya hazırlıq məsələləri müzakirə olunacaq

Siyasət Materials 25 İyul 2006 12:29 (UTC +04:00)

Avqusta Azərbaycan Kommunist Partiyası (AKP) Mərkəzi Komitəsinin (MK) iclası keçiriləcək. Bu barədə Trend ə AKP sədrinin birinci müavini Rauf Qurbanov bildirib.

R.Qurbanov qeyd edib ki, MK-nın iclasında partiyanın növbəti qurultayına hazırlıq işləri müzakirə olunacaq: "Qərara almışıq ki, qurultayımızı avqust-sentyabr aylarında keçirək. Bunun üçün isə rayon və şəhər təşkilatları konfranslar keçirib qurultaya öz nümayəndələrini göndərməlidir. Hələlik MK-nın işçiləri yay məzuniyyətində olduğundan bu proses təxirə salınıb. Avqustun ortalarında yay məzuniyyəti başa çatdıqdan sonra prosesi sürətləndirəcəyik".

AKP rəsmisi onu da əlavə edib ki, qurultaya hazırlıqla bağlı təşkilat komitəsi yaradılmayacaq. Bu funksiyanı MK öz üzərinə götürəcək. "Partiyada sədrin seçilməsi prosesi necədir" sualımıza isə R.Qurbanov belə cavab verib: "Qurultayda sədrin hesabatı, Mərkəzi Nəzarət Təftiş Komissiyasının hesabatı dinlənicələk, nizamnaməyə dəyişiklik və sədrin seçilməsi məsələlərinə baxılacaq. Qurutay plenumu seçir, plenum isə partiya sədrini və büro üzvlərini seçəcək".

R.Qurbanov bildirib ki, büro üzvlərinin sayı 20-ə qədər ola bilər. Partiyanın isə 46 rayon və şəhər təşkilatı fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti