...

Salyanda bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı başa çatmaq üzrədir

Siyasət Materials 25 İyul 2006 17:27 (UTC +04:00)

59 saylı Salyan seçki dairəsi üzrə 6 oktyabr 2006-cı ildə keçiriləcək bələdiyyələrə təkrar və əlavə seçkilərdə naimzədlərin qeydə alınması iyulun 27-da başa çatır. Qarşıdakı seçkilərdə Salyan bələdiyyəsinə 15 yer uğrunda 36 nəfər, Buyçu bələdiyyəsinə 7 yer uğrunda 14 nəfər, Kürqaraqaşlı bələdiyyəsinə iki yer uğrunda 4 nəfər, Zəngən bələdiyyəsində isə 1 yer uğrunda 3 namizəd yarışacaq.

Namizədliyini irəli sürənləndən 31 nəfər YAP-ın, 4 nəfər Musavatın, 1 nəfər Sosial Rifah partiyasının, 1 nəfər Ana Vətən partiyasının , 1 nəfər AMİP-in, 1 nəfər Vətəndaş həmrəyliyi partiyasının üzvləridir, 18 namizəd isə bitərəfdir və ya partiya mənsubiyyətini göstərməyib. Ümumilikdə seçicilərin bələdiyyə seçkilərinə marağı aşağı olmasına baxmayaraq, Salyan şəhər bələdiyyəsinə seçkilərin daha qızğın keçəcəyi gözlənilir.

Xatırladaq ki, 59 saylı DSK tərəfindən kobud qanun pozuntularına yol verildiyi üçün həmin bələdiyyəyə 17 dekabr 2004-cü ildə keçirilmiş seçkilərin nəticələri MSK tərəfindən namizədlərdən birinin şikayəti əsasında ləğv edilmişdir.

Maraqlıdır ki, Salyan bələdiyyəsinə seçkilərdə ən böyük rəqabət hakim partiyanın öz üzvləri arasında olacaq.

Xəbər lenti

Xəbər lenti