...

İlin sonunadək Azərbaycanın 740 ümumtəhsil məktəbi kompüterlə təchiz olunacaq

Siyasət Materials 26 İyul 2006 15:49 (UTC +04:00)
İlin sonunadək Azərbaycanın 740 ümumtəhsil məktəbi kompüterlə təchiz olunacaq

İlin sonunadək Azərbaycanın 740 ümumtəhsil məktəbi kompüterlə təchiz olunacaq. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov iyulun 26-da nazirlikdə keçirilmiş müşavirədə bəyan edib.

Ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təchiz etmənin zəruri olduğunu qeyd edərək nazir bildirib ki, ilin sonunadək bütün məktəblər kompüterlə təchiz olunacaq. Onun sözlərinə görə, 2006-cı ildə Azərbaycanda 740 məktəbin, o cümlədən Bakıda 120, Sumqayıtda 21 və ölkənin digər şəhər və rayonlarında təxminən 600 məktəbin kompüterləşdirilməsi nəzərdə tutulub.

Nazir həmçinin qeyd edib ki, kompüterlərin məktəblərə verilməsi məsələnin həlli demək deyil. Onun sözlərinə görə, yeni tədris ilinin başlanğıcına qədər bütün kompüterlər Windows sisteminə qoşulmalıdır və nazirlik indi bunun üzərində işləyir.

Xəbər lenti

Xəbər lenti