Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində (DİN) cari ilin altı ayının yekunlarına dair kollegiya iclası keçirilir. Bu barədə Trend ə DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib.
İclasda qeyd olunan dövr ərzində şəhər və rayon polis idarələri tərəfindən cinayətkarlığa qarşı görülmüş tədbirlər müzakirə olunur, hesabatlar dinlənilir.
Bakı şəhərində bir sıra cinayət faktlarının üstünün hələ də açılmaması tənqid olunub. Nazir Ramil Usubov yol patrul xidmətinə də ciddi xəbərdarlıq edib.
İclasın işində həmçinin cari məsələlər və qarşıda duran vəzifələr də müzakirə olunur.