...

Anar Axundov Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru təyin edilib

Siyasət Materials 28 İyul 2006 13:00 (UTC +04:00)

Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının qərarı ilə Anar Axundov şirkətin icraçı direktoru təyin edilib. Bu barədə Trend ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib. Bu vəzifəyə təyin olunanadək A.Axundov Bakı Fond Birjasına rəhbərlik edib.

Əsasnaməyə görə, AİŞ-in icraçı direktoru şirkətin Müşahidə Şurasının sədri Heydər Babayev tərəfindən təyin olunur. Onun müavini isə maliyyə naziri Samir Şərifovdur.

AİŞ AR prezidentinin 30 mart 2006-cı il tarixli sərəncamı ilə qeyri-neft sektorunun inkişafı üçün sərmayə qoyuluşlarının təşviqi, bu sahədə fəaliyyət göstərən müəssisələrin maddi və texnoloji bazasının bərpası məqsədilə yaradılıb. Hazırda AİŞ-in nizamnaməsi dövlət qeydiyyatından keçib və artıq şirkətin fəaliyyəti ilə bağlı bütün təşkilati məsələlər həll olunub. Hazırda AİK-in vəsaitlərindən istifadə qaydaları layihəsi üzərində iş davam edir.

AİK-in fəaliyyətini təşkil etmək üçün məsləhət xidmətləri göstərən AYİB ilə sıx əməkdaşlıq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti