...

Türkiyənin idman naziri avqustun ikinci yarısında Azərbaycana səfər edəcək

Siyasət Materials 28 İyul 2006 15:20 (UTC +04:00)
Türkiyənin idman naziri avqustun ikinci yarısında Azərbaycana səfər edəcək

Türkiyənin idman naziri Mehmet Əli Sahin avqustun ikinci yarısında Azərbaycana səfər edəcək. Trend xəbər verir ki, bu barədə jurnalistlərə iyulun 28-də Azərbaycanda səfərdə olan Türkiyənin dövlət naziri Mehmet Aydının TÜSİAB-da keçirdiyi görüşə qatılan Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı bildirib.

Səfir qeyd edib ki, türkiyəli nazir Bakıya iki məsələ ilə bağlı səfər edəcək. Onun Azərbaycanın idman və gənclər naziri Azad Rəhimovla və digər rəsmilərlə görüşləri də planlaşdırılıb. Görüşlərdə iki dövlət arasında idman sahəsində əlaqələrin genişlənməsi məsələləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti