...

İlham Əliyev İsveçrə Konfederasiyasının prezidentini milli bayram münasibətilə təbrik edib

Siyasət Materials 31 İyul 2006 18:49 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının prezidenti Moris Loenbergeri milli bayram - konfederasiyanın yaradılması günü münasibətilə təbrik edib.

Məktubda qeyd edilib ki, bu günkü Azərbaycan-İsveçrə əlaqələri qənaətbəxş səviyyədədir. İ.Əliyev iki ölkənin dostluq və əməkdaşlıq əlaqələrinin, eləcə də qarşılıqlı münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyinə və xalqların xeyrinə inkişaf edəcəyinə əminlik ifadə edib.

Xəbər lenti

Xəbər lenti