...

"RusAl" Azərbaycanda alümin zavodunun tikintisi haqqında qərar qəbul edib

Siyasət Materials 1 Avqust 2006 14:22 (UTC +04:00)
"RusAl" Azərbaycanda alümin zavodunun tikintisi haqqında qərar qəbul edib

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi alümin zavodunun tikinti layihəsinin ölkədə həyata keçirilməsinə başlanması haqqında qərarın qəbul edilməsi barədə "RusAl" şirkətindən rəsmi məktub alıb. Bu barədə bu gün Trend ə nazir Heydər Babayev xəbər verib.

"RusAl" bizim yeni zavodu güzəştli şərtlərlə qaz və elektrik enerjisi ilə təmin edə bilməyəcəyimiz, yalnız zavodun tikintisi üçün yer verə biləcəyimiz haqqında təklifimizlə razılaşıb. Biz həmçinin Gəncə zavodunda istehsal olunan giltorpağın yalnız "RusAl"ın Azərbaycandakı müəssisəsinə tədarük ediləcəyinə də zəmanət verə bilmərik. Bu, bazar münasibətləridir, ona görə də onlar özləri razılığa gəlməlidirlər", - deyə nazir bildirib.

O qeyd edib ki, Azərbaycan və "RusAl" vergiqoyma məsələlərini də müzakirə edə bilərlər. "Biz güzəşt etməyə hazırıq, lakin dövlətin hesabına deyil", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, gələcək planların daha ətraflı müzakirəsi "RusAl" nümayəndə heyətinin avqustdakı səfəri zamanı baş tutacaq.

"Biz öz tərəfimizdən enerji təminatı məsələsini gözdən keçirməyə hazırıq. Lakin bunu güzəştli qiymətlər üzrə etməyəcəyik. Əgər texniki qurğu və maşınlar lazım olarsa, biz yardım edə bilərik. "RusAl" özü elektrik stansiyasını tikə bilər", - deyə o vurğulayıb.

"Ölkəmizin yaxşı coğrafi mövqeyi var. Bu, onların maraqları dairəsindədir. Onların zavodunun yanında isə giltorpaq istehsal olunacaq və gələcəkdə "RusAl" özü giltorpaq zavodu tikə bilər. Onlar öz müəssisələri üçün Gürcüstanın Poti limanından boksit nəql edə bilərlər", - deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti