...

İran XİN nümayəndəsi: "İran Livan müqavimətinə silah yardımları etmir"

Siyasət Materials 1 Avqust 2006 19:18 (UTC +04:00)

"Amerikanlar "Həmas"ın regionda və Fələstində qələbə çalmasından, eləcə də xalq tərəfindən seçilən hökumətin hakimiyyətə gəlməsindən sonra öz mənafelərini keçmişdəkindən daha çox təhlükədə gördülər və sionist rejiminin mənafeyini təmin etmək məqsədilə "Böyük Orta Şərq" adlı qondarma plan ortaya atlılar". Trend in məlumatına görə, bu fikirləri İran İslam Respublikas Xarici İşlər Nazirliyinin sözçüsü Həmidrza Asəfi yerli və xarici jurnalistlər üçün keçirdiyi həftəlik mətbuat konfransında səsdəndirib.

O, İsrail hərbiçiləri tərəfindən "Qana"-da uşaqların öldürülməsi məsələsinə toxunaraq İsrail rejiminin dünyada insan hüquqlarının ən böyük pozucusu olduğunu deyib. Əlavə edib ki, bütün bunlara baxmayaraq, amerikalılar bütün varlıqları ilə bu rejimi dəstəkləyir və atəşkəsin bərqərar olmasına icazə vermirlər.

Həmidrza Asəfinin sözlərinə görə, son təcavüz nəticəsində Livan daxilində birlik daha da möhkəmlənib: "Biz hesab edirik ki, bu gün Amerika böyük bir seçim qarşısında qalıb və bu seçim ondan ibarətdir ki, ya məzlum Livan və Fələstin xalqlarının, ya da sionist rejiminin tərəfində olsun. Ümidvarıq ki, bu ölkənin dövlət rəsmiləri düzgün seçim edəcəklər". Həmidrza Asəfi "İranın Yaxın Şərq böhranının həll edilməsi istiqamətində hər hansı bir təklifi varmı?"" sualını cavablandırarkən bildirib ki, hazırda ən mühüm məsələ müharibəyə və sionist rejiminin cinayətlərinə son qoyulmasıdır. İsrail ordusunun əlində olan əsir və girovların mübadiləsi məsələsi gündəmə gətirilməli və bununla bağlı anlaşma əldə olunmalıdır. İran XİN-in nümayəndəsi onu da əlavə edib ki, bu cinayətlərin dayandırılması üçün Qərb dövlətləri Amerikaya təzyiq göstərməlidir.

H.Asəfinin sözlərinə görə, müharibə cəbhələrində və dünyada mövcud atmosfer İsrailin əleyhinədir və nəticədə "Hizbullah"a insanlar tərəfindən verilən dəstək daha da artır. Həmidrza Asəfi Amerika prezidenti Corc Buşun "İran "Hizbullah"a yardımlarına son qoymalıdır" açıqlamasına münasibət bildirərkən deyib ki, İran Livan müqavimətinə silah yardımları etmir: "Çünki "Hizbullah"ın hazırkı potensialı ilə İsrail rejimi ilə qarşıdurmaya tam imkanı var".

Xəbər lenti

Xəbər lenti