...

Çevik Polis Alayı Daxili İşlər Nazirliyinin tabeliyinə verilib

Siyasət Materials 1 Avqust 2006 19:26 (UTC +04:00)

Çevik Polis Alayı Bakı Şəhər Baş Polis İdarəsinin tabeliyindən alınaraq Daxili İşlər Nazirliyinin tərkibinə daxil edilib. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru Ehsan Zahidov məlumat verib

"Çevik Polis Alayının funksiyası bütün respublikanı əhatə etdiyindən həmin qurumun Bakı Şəhər Baş Polis İdarəsindən alınaraq Nazirliyin tabeliyinə verilməsi məqsədəuyğun hesab edilib"-deyə Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, Çevik Polis Alayının (ÇPA) rəhbərliyində isə heç bir dəyişiklik edilməyib. Rza Hacıyev alayın rəisi vəzifəsini icra etməkdə davam edir.

Xəbər lenti

Xəbər lenti