...

Aydın Mirzəzadə: "Milli Məclisin payız sessiyasında "Hərbi doktirina haqqında" qanun layihəsinə baxıla bilər"

Siyasət Materials 3 Avqust 2006 14:22 (UTC +04:00)

Milli Məclisin payız sessiyasında "Hərbi doktirina haqqında" qanun layihəsinə baxıla bilər. Bu barədə Trend ə Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədr müavini Aydın Mirzəzadə bildirib.

Millət vəkili bildirib ki, bu sənəd üzərində iş aparılır: "Bu gün Azərbaycanın rəsmi şəkildə qəbul edilmiş hərbi doktirinası olmasa da, dövlətin elan etdiyi prinsipləri var. Bu prinsiplərdən biri ərazi bütövlüyünü təmin etmək üçün dövlətin hərbi qüvvələrinin mövcud olması, eyni zamanda torpaqların azad edilməsi üçün hərbi potensialdan istifadə etməsidir. Digər tərəfdən, ordunun NATO standartlarına uyğun formalaşdırılmasıdır. Bu prinsiplər rəsmi sənəd şəklində olmasa da, konstitusiyamızda, qanunlarımızda var. Ən əsas isə prezidentin fəaliyyətində görünür".

Xəbər lenti

Xəbər lenti