...

Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri XİN başçısı ilə görüşəcək

Siyasət Materials 4 Avqust 2006 13:17 (UTC +04:00)

Avqustun 4-də Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri doktor Peyer Kristof Ştankina Bakıya gəlib. Bu barədə Trend ə Almaniyanın ölkəmizdəki səfirliyindən məlumat verilib.

Bu gün səfir diplomatik missiyanın əməkdaşlarına təqdim olunub. Günün 2-ci yarasında isə diplomat Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən qəbul ediləcək və ona öz etimadnaməsini təqdim edəcək.

Görüşdə, həmçinin, Azərbaycan və Almaniya arasında gələcəkdə ikitərəfli əlaqələrin inkişafı ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır.

Bu günlərdə səfiri ölkə prezidenti İlham Əliyev də qəbul edəcək.

Xatırladaq ki, P.K. Ştankina bu vəzifədə diplomatik missiyası may ayında başa çatmış Detlef Lenqemanı əvəz edəcək.

Xəbər lenti

Xəbər lenti