...

Azərbaycanın xarici işlər naziri erməni həmkarı ilə Praqada görüşmək haqqında təklif almayıb

Siyasət Materials 4 Avqust 2006 19:57 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri erməni həmkarı ilə Praqada görüşmək haqqında təklif almayıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov vasitəçilərdən erməni həmkarı Vardan Oskanyanla payızda Praqada görüşmək barədə təklif almayıb. Bu məsələ ATƏT Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza tərəfindən də qaldırılmayıb. Bu barədə Trend agentliyinin "Lider" telekanalına istinadən yaydığı xəbərə əsasən, jurnalistlərə Elmar Məmmədyarov bildirib.

Nazirin sözlərinə görə, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin müxtəlif həlli variantlarını müzakirə edib. Rəsmi Bakı hələlik danışıqların gedişi barədə məlumatlandırılmayıb.

E.Məmmədyarov bəyan edib ki, Azərbaycan sülh danışıqlarının tərəfdarıdır.

"Münaqişənin nizamlanmasında ən mübahisəli məsələlərdən biri referendumun keçirilməsidir. Amerikalı həmsədr bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyib" - deyə nazir vurğulayıb.

E.Məmmədyarov hesab edir ki, rusiyalı və fransalı həmsədrlərin mümkün dəyişdirilməsi hadisələrin gedişinə xeyli təsir göstərəcək, çünki bu, hər 2-3 ildən bir baş verən adi prosesdir.

"Rəsmi Bakı Azərbaycanın işğal olunmuş ərazilərində erməni iş adamlarına məxsus xarici şirkətlərin fəaliyyət göstərməsindən narahatdır" - deyə nazir əlavə edib. Xüsusilə, nazirin sözlərinə görə, onlar Dağlıq Qarabağda mehmanxana və digər obyektlərin tikintisilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti