...

YAP-ın bələdiyyə seçkilərində iştirak edəcək 1605 namizədi qeydə alınıb

Siyasət Materials 7 Avqust 2006 15:22 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 6 oktyabr 2006-cı il tarixdə keçiriləcək təkrar, əlavə və yeni bələdiyyə seçkilərinə hazırlıq işlərini tam yekunlaşdırıb. Bu barədə Trend ə YAP mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, namizədlərin təbliğat-təşviqat kampaniyasını yüksək səviyyədə həyata keçirmək üçün geniş tədbirlər proqramı hazırlanıb. MSK-dan verilən məlumata görə 82 dairədə 604 bələdiyyədə 1931 bələdiyyə üzvünün seçkilərində 4609 nəfərin namizədliyi qeydə alınıb. Bunlardan 1605 nəfərin namizədliyi YAP tərəfindən, təxminən 150 nəfərin namizədliyi müxalifət partiyaları tərəfindən irəli sürülüb, 2999 nəfər isə öz namizədliyini müstəqil şəkildə irəli sürüb.

Onu da qeyd edək ki, siyasi mənsubiyyətinə görə namizədlərin böyük əksəriyyəti YAP təmsilçiləridir. Belə ki, seçkilərdə iştirak edən 4609 namizəddən 2211 nəfəri YAP üzvü, 150 nəfəri isə AXCP, Müsavat, BAXCP, VHP, AMİP, ADSP, VBP və digər müxalifət partiylarının üzvləridir.

Xəbər lenti

Xəbər lenti