...

Səfər Əbiyev Fransanın Azərbaycandakı səfirini qəbul edib

Siyasət Materials 7 Avqust 2006 17:41 (UTC +04:00)

Avqustun 7-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransanın Azərbaycandakı səfiri Bernar dü Şafonu və missiyasını başa vuran hərbi attaşe polkovnik-leytenant Mark Babünü qəbul edib. Bu barədə Trend ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Hərbi attaşe M.Babü müdafiə nazirinəBakıda çalışdığı müddət ərzində gördüyü işlər barəsində məlumat verib və uğurlu fəaliyyət göstərməsi üçün yaradılan şəraitə görə təşəkkür edib. O qeyd edib ki, Fransa-Azərbaycan hərbi əməkdaşlığının bundan sonra da uğurla davam etdiriləcəyinə inanır.

S.Əbiyev qeyd edib ki, Fransa Azərbaycan üçün əhəmiyyətli ölkədir: "Çünki Franqsa Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Biz inanırıq ki, Fransa bu münaqişənin ədalətli həllinə öz töhfəsini verəcək. Lakin bu gün təəssüf hissi ilə qeyd edirik ki, münaqişənin həllində Minsk Qrupu həmsədrlərinin fəaliyyəti nəticəsiz qalıb".

Sonra S.Əbiyev Ermənistan dövlətinin Cənubi Qafqazda yaranması və Ermənistan-Azərbaycan münaqişəsinin tarixi səbəbləri barədə qonaqlara məlumat verib. Nazir bildirib ki, Azərbaycan Fransa ilə hərbi sahədə əməkdaşlığı davam etdirməyə hazırdır.

Səfir B.dü Şafo bildirib ki, Fransa və onun prezidenti Ermənistan-Azərbaycan münaqişəsinin həllinin tezləşməsinin tərəfdarıdır.

Xəbər lenti

Xəbər lenti