Avqustun 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda bir sıra sənədlər təsdiq olunub, bəzi seçki komissiyalarının tərkibində dəyişikliklər edilib, MSK-ya daxil olan müraciətlərə baxılıb.
Əvvəlcə MSK-nın 14, 24 iyun və 7 iyul 2006-cı il tarixli iclas protokolları təsdiq edilib. Sonra bələdiyyə seçkiləri ilə əlaqədar bəzi sənəd formalarının təsdiq edilməsi, eyni zamandı həmin sənədlərin köhnə formalarının qüvvədən düşməsi barədə qərarlar qəbul olunub. MSK sədrinin müavini Svetlana Qasımova və komissiya üzvlərinin təqdimatı əsasında 8 saylı birinci, 80 saylı İmişli-Beyləqan, 86 saylı İsmayıllı, 1 saylı Şərur-Sədərək və digər dairələrin seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Sonra bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş şikayətlərə baxılıb. 56 saylı Xaçmaz kənd bələdiyyəsi üzrə dairə seçki komissiyasının qərarından verilmiş şikayətlər təmin edilməyib.