...

"Bizim Azərbaycan" bloku Dağlıq Qarabağ problemi ilə bağlı "Çərçivə sazişi"nə etiraz edib

Siyasət Materials 7 Avqust 2006 18:02 (UTC +04:00)

"Bizim Azərbaycan" bloku Dağlıq Qarabağ problemi ilə bağlı ABŞ-ın ATƏT-in Minsk Qrupunda olan həmsədri Metyu Bryzanın irəliyi sürdüyü "Çərçivə sazişi"nə etiraz edib. Bu barədə Trend ə adıçəkilən blokun mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, blokun Sədrlər şurası Dağlıq Qarabağ probleminin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu bəyan edib. Bloka daxil olan 8 partiyanın sədri bildirib ki, Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı tutduqları mövqe Azərbaycanın milli maraqlarına xidmət etmir.

"Bizim Azərbaycan" bloku bəyan edib ki, problemin həlli heç vaxt Dağlıq Qarabağda referendum yolu ilə həll edilə bilməz. Bu varinatı irəli sürən həmsədrlər Azərbaycanı təslimçi sülhə sövq edirlər.

Xəbər lenti

Xəbər lenti