Azərbaycan prezidenti İlham Əliyev avqustun 15-də İndoneziya prezidenti Susilo Bambanq Yudxoyononu milli bayram - Müstəqillik günü münasibətilə təbrik edib.
Trend in xəbər verdiyi kimi, dövlət başçısı İndoneziya prezidenti və xalqına öz səmimi arzularını bildirib. Azərbaycan prezidenti ümid etdiyini bildirib ki, ölkələr arasındakı dostluq münasibətləri bundan sonra da inkişaf edəcək.