...

BTC boru kəməri üzrə maksimum nəql həcmi 2012-2013-cü illərə qədər davam edəcək

Siyasət Materials 16 Avqust 2006 12:21 (UTC +04:00)
BTC boru kəməri üzrə maksimum nəql həcmi 2012-2013-cü illərə qədər davam edəcək

Trend in BTC Co. Şirkətinin icraçı direktoru Rəşid Cavanşirlə eksklüziv müsahibəsi

- Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin işi üzrə hansı perspektiv planlar mövcuddur? Bu marşrut üzrə ildə ən çox nə qədər neftin nəql edilməsi planlaşdırılır və ixracın ən qızğın vaxtı hansı dövrdə olacaq?

- Biz Xəzər dənizi vasitəsi ilə gələn neft həcmləri gerçəkləşdikdə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin ötürücülük güclərini artırmaq niyyətindəyik.
Azəri-Çıraq-Günəşli laylarının verişindən asılı olaraq 2008 - 2009-cu illərdən gündəlik 1 milyon barel neftin nəql olunması planlaşdırılır və maksimum nəqliyyat səviyyəsinin 2012 - 2013-cü illərə qədər davam etməsi gözlənilir.

- 2007-ci ildən etibarən Qazaxıstanın "Tengiz" yatağından BTC boru kəməri ilə neft nəqli gözlənilir. "Tengiz"dən BTC boru kəmərinə nə qədər həcmdə neftin cəlb ediləcəyi məlumdurmu?

- Tengiz neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsi ilə nəql olunması haqqında son razılaşma əldə olunmamışdır və nəql olunası neftin həcmləri davam edən danışıqların gedişindən asılıdır.

-Azərbaycan tərəfi kreditləri beynəlxalq maliyyə institutlarına nə vaxtdan qaytarmağı planlaşdırır?

- Qarşımızdan gələn onillik ərzində Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti, AzBTC də daxil olmaqla, bütün səhmdar şirkətləri adından beynəlxalq maliyyə institutlarına kreditlərin əvəzini ödəyəcəkdir.

- Siz Bakı-Supsa və Bakı-Novorossiysk neft ixrac kəmərlərinin perspektivlərini necə görürsünüz?

-Bakı-Tbilisi-Ceyhan boru kəmərindən başqa ehtiyat ixrac variantların işlədilməsi məsələsi araşdırılmaqdadır.

- Bu yaxınlarda BTC layihəsinə ciddi maraq göstərən İsrailin bu layihəyə qoşulması ilə bağlı danışıqlar aparılırmı?

- İsrail Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinə birbaşa heç bir müraciət etməmişdir.

- Qazaxıstanla neft nəqli barədə tranzit sazişinin hazırlanması hansı mərhələdədir?

-Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti Qazaxıstan nefti barəsində tranzit sazişinin birbaşa iştirakçısı deyil. Sözügedən məsələyə Azərbaycanın, Qazaxıstanın və Qazaxıstanda fəaliyyət göstərən neft hasilatçılarının birbaşa aidiyyəti var.

Xəbər lenti

Xəbər lenti