...

Baş prokuror Türkiyə Respublikasının təcrübəsinin nəzərə alınması barədə tapşırıqlar verib

Siyasət Materials 16 Avqust 2006 15:23 (UTC +04:00)

Azərbaycanın Baş prokuroru Zakir Qaralov qazdan, sudan, istilik və elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi barədə qüvvədə olan və mövcud iqtisadi münasibətlərə uyğun olmayan qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin işlənilib hazırlanması və bu məsələdə Türkiyə Respublikasının təcrübəsinin nəzərə alınması barədə tapşırıqlar verib. Bu barədə Trend ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş prokuror bu təkliflərin həm də Ədliyyə Nazirliyi ilə qarşılıqlı əlaqəli şəkildə hazırlanmasını tövsiyə edib.

Məsuliyyətin gücləndirilməsi barədə qanunvericilikdə ediləcək dəyişikliklər qaz, elektrik enerjisi və sudan istifadə sahəsində aşkar edilmiş qanunsuzluq faktları üzrə başlanmış cinayət işlərinin tam, hərtərəfli və obyektiv istintaqının aparılmasının təmin edilməsinə, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə liberal cəzaların təyin edilməsi hallarının qarşısının alınmasına zəmin yaradacaq.

Xəbər lenti

Xəbər lenti