...

Prezident İlham Əliyev məhkəmə hakimlərinin sayının artırılması haqda fərman verib

Siyasət Materials 18 Avqust 2006 12:21 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev məhkəmə sisteminin müasirləşdirilməsi mərhələsində ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hakim korpusunun genişləndirilməsi, məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi və yeni məhkəmələrin fəaliyyətinin təmin edilməsi məqsədi ilə fərman imzalayıb. Bu barədə Trend ə Prezident Aparatının mətbuat xidmətindən məlumat verilib.

Fərmanda Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının 153 vahid artırılması və məhkəmələr üzrə hakimlərin müvafiq sayının müəyyən edilməsi tapşırığı verilib.

Fərmana əsasən, kassasiya instansiyası məhkəməsi üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsi - 38 hakim, Apellyasiya instansiyası məhkəmələri üzrə 106, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsi 35 hakim, Bakı şəhərinin rayon məhkəmələri üzrə 85 hakim müəyyən edilib. Rayon (şəhər) məhkəmələri üzrə (həmçinin Naxçıvan Muxtar Respublikası üzrə) hakimlərin sayı 1-dən 6-dək, yerli iqtisad məhkəmələri üzrə 1-dən 5-dək, hərbi məhkəmələr üzrə - 1-dən 12-dək artırılıb.

Fərmandan irəli gələn tələblərdə Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, yerli iqtisad məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyasının müəyyən edilməsi də göstərilib. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bir sıra tapşırıqlar verilib.

Bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Prezidentə təqdim edilməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti