...

Elçin Quliyev: "2006-cı İlin sonunadək 34 8 zabit xidməti mənzil ilə təmin olunacaq"

Siyasət Materials 18 Avqust 2006 14:13 (UTC +04:00)

Elçin Quliyev bildirib ki, "2006-cı İlin sonunadək 34 8 zabit xidməti mənzil ilə təmin olunacaq". Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi E.Quliyev məlumat verib.

E.Quliyev bildirib ki, xidməti mənzillərin Xaçmaz, Qusar, Şəki, Zaqatala, Balakən, Qazax və Şəmkir rayonları ərazisində verilməsi nəzərdə tutulub.

"Şəxsi heyətin sosial şəraitinin yaxşılaşdırılması üçün ciddi addımlar atılır. Bu yaxınlarda Dövlət Sərhəd Xidməti əməkdaşlarının aylıq əmək haqlarının prezidentin fərmanı ilə 100% artırılması hər bir zabitin həyat tərzinə öz müsbət təsirini göstərib", - deyə E.Quliyev bildirib.

DSX rəisinin sözlərinə görə, artıq sərhəd dəstələrinin qarnizonları ilə yanaşı yaşayış massivləri də yaradılıb və istifadəyə verilib.

Xəbər lenti

Xəbər lenti