...

65 kiloqrama yaxın çətənə kolu aşkar edilib

Siyasət Materials 18 Avqust 2006 16:02 (UTC +04:00)

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ayrı-ayrı şəxslərin həyətyanı sahəsində yetişdirilmiş ümumi çəkisi 65 kiloqrama yaxın olan çətənə kolu aşkar edilib. Bu barədə Trend ə Azərbaycanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Əlibayramlı Şəhər Polis Şöbəsinin əməkdaşları əvvəllər məhkum edilmiş Xanlar Məlikovun həyətyanı sahəsindən 48 kiloqrama yaxın olan 34 ədəd, Qızı Məlikovanın həyatyanı sahəsindən çəkisi 5 kiloqramdan artıq olan 17 ədəd, İmanxan Hüseynovun həyətyanı sahəsindən isə çəkisi 12 kiloqram olan 44 ədəd çətənə kolunu yığaraq protokollaşdırıblar.

Əlibayramlı ŞPŞ-də hər üç faktla əlaqədar cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti