Azərbaycan prezidenti İlham Əliyev avqustun 27-28-də Sloveniyada keçiriləcək "Xəzər 2008" beynəlxalq iqtisadi forumunda iştirak edəcək.
Bu barədə Trend ə eksklüziv olaraq SloveniyanınAzərbaycandakı konsulu Borut Mequşar (Borut Megusar) məlumat verib.
Onun sözlərinə görə, hazırda diplomatik kanallar tərəfindən Azərbaycan prezidentinin Sloveniyaya səfər proqramı hazırlanır. Forum Xəzər regionundan enerji ehtiyatlarının Qərbi Avropaya tədarükü məsələlərinə həsr olunacaq. Foruma dünyanın işgüzar dairələrindən 180-dən artıq nüfuzlu nümayəndə, region ölkələrinin siyasətçiləri, dövlət və hökumət başçıları dəvət olunub", - deyə diplomat bildirib.
Qarşıdakı səfər zamanı hər iki ölkə arasında əməkdaşlığın inkişafı məsələlərinin də müzakirə olunacağı gözlənilir.