...

MDB Daxili İşlər Nazirləri Şurasının növbəti toplantısı Astanada keçiriləcək

Siyasət Materials 22 Avqust 2006 17:35 (UTC +04:00)

MDB Daxili İşlər Nazirləri Şurasının növbəti toplantısı sentyabrın 28-30-da Astanada keçiriləcək. Bu barədə Trend MDB-nin İcraiyyə Komitəsinə istinadən xəbər verir.

Toplantının gündəliyinə təxminən 15 məsələnin daxil olacağı ehtimal olunur. MDB hüquq-mühafizə orqanlarının başçıları beynəlxalq terror, qanunsuz silah, kimyəvi maddə idxalı və satışı, insan alveri ilə mübarizədə qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcək. Toplantının gündəliyinə həmçinin dövlətlərarası sazişlərin bir sıra layihələrinin razılaşdırılması məsələləri də daxil olacaq.

Gündəlik MDB-nin iştirakçı-dövlətlərinin ekspertlərinin sentyabrın 15-16-da keçiriləcək görüşündə razılaşdırılacaq.

Toplantıda MDB-nin bütün üzv dövlətlərinin, o cümlədən Azərbaycanın nümayəndə heyətinin iştirak edəcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti