...

Milli Məclisin spikeri Rusiyanın Azərbaycandakı səfirini qəbul edib

Siyasət Materials 23 Avqust 2006 17:44 (UTC +04:00)

Avqustun 23-də Milli Məclisin spikeri Oqtay Əsədov Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratovu qəbul edib. Trend in xəbər verdiyi kimi, parlament başçısı V.İstratovu səfir kimi işə başlaması münasibətilə təbrik edib və ümid etdiyini bildirib ki, bu təyinat ölkələrimiz arasında əməkdaşlığa müsbət təsir göstərəcək.

O.Əsədov qeyd edib ki, əməkdaşlığın ölkə parlamentləri səviyyəsində inkişafı qanunların yaradılması sahəsində təcrübə və informasiya mübadiləsi baxımından çox mühümdür. Ölkələr arasında humanitar, mədəniyyət və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.

V.İstratov bəyan edib ki, yeni vəzifədə əməkdaşlığın inkişafı üçün səy göstərəcək. Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında əlaqələrin yüksək səviyyədə inkişafı üçün yaxşı şərait yaradılıb.

Xəbər lenti

Xəbər lenti