İranda qəzaya uğramış TU-154 təyyarəsinin sərnişinləri arasında azərbaycanlılar yoxdur. Bu barədə Trend ə Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov məlumat verib.
Xatırladaq ki, İranın "İran Air Tour" şirkətinə məxsus təyyarə yerli vaxtla 14:40-da Xorasan əyalətinin Məşhəd şəhərində qəzaya uğrayıb. Qəzaya səbəb kimi təyyarənin qabaq şassisinin alışması göstərilir. Təyyarədə 7 heyət üzvü ilə birgə 147 sərnişin olub.
Təyyarə İranın cənubunda yerləşən Bəndər-Abbas şəhərindən Məşhədə uçurmuş.
Ölənlərin sayı hələlik 90 nəfərə çatıb.