...

Ukrayna və Azərbaycan prezidentləri səviyyəsində Şura yaradılacaq

Siyasət Materials 4 Sentyabr 2006 21:05 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenkonun Azərbaycana rəsmi səfəri zamanı iki dövlət başçısı səviyyəsində Şuranın yaradılması nəzərdə tutulub. Trend in xəbər verdiyi kimi, bu barədə AzTV-yə müsahibəsində Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev məlumat verib.

Onun sözlərinə görə, şuraya prezidentlər özləri başçılıq edəcək və ildə bir dəfə görüşəcəklər. Hər iki prezident iki ölkə arasında siyasi, iqtisadi, mədəniyyət, humanitar və digər sahələrdə əlaqələrin inkişafına dair məsələlərin müzakirəsi üçün ildə bir dəfə görüşmək əzmindədirlər, - deyə o əlavə edib.

T. Əliyev həmçinin qeyd edib ki, dövlət başçıları səviyyəsində birgə qətnamə imzalanacaq. Bu vacib sənəddə bir sıra beynəlxalq problemlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə birgə yanaşma, separatizmlə, terrorizmlə birgə mübarizə əzmi və energetika məsələlərinin həllində birgə fəaliyyət öz əksini tapacaq.

Xəbər lenti

Xəbər lenti