...

Azərbaycan prezidenti Rusiya Həmvətənləri Beynəlxalq Şurası Rəyasət Heyətinin toplantı iştirakçılarını qəbul edib

Siyasət Materials 5 Sentyabr 2006 17:43 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 5-də Bakıda Rusiya həmvətənlərinin beynəlxalq şurasının (RHBŞ) rəyasət heyətinin toplantı iştirakçılarını qəbul edib. Bu barədə Trend xəbər verir.

Dövlət başçısının sözlərinə görə, Azərbaycanda rus dilinə böyük qayğı göstərilir, ölkədə 300-dən artıq rusdilli məktəb fəaliyyət göstərir, bütün dövlət ali təhsil müəssisələrində rus bölmələri var. İ.Əliyev qeyd edib ki, son illər ərzində Azərbaycan və Rusiya strateji münasibətlərə malikdir və bu barədə dəfələrlə dövlət başçılarının səviyyəsində bəyan edilib. O əlavə edib ki, son iki il ərzində iki ölkə arasında əmtəə dövriyyəsi iki dəfə artıb.

Azərbaycanın rus icmasının sədri, deputat Mixail Zabelin xatırladıb ki, RHBŞ-nin rəyasət heyətinin toplantısı məhz Azərbaycan prezidentinin təklifi ilə Bakıda keçirilir və bu, ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bir daha sübut edir.

RHBŞ -nin rəyasət heyətinin sədri qraf Pyotr Şeremetyev Bakıda keçirilən tədbiri yüksək qiymətləndirib və Azərbaycan-Rusiya münasibətlərinin gələcəkdə də inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti